...

Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı məlum olub

Siyasət Materials 21 Sentyabr 2024 16:09 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda fəaliyyət göstərən dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində 2023-2024-cü tədris ilinin əvvəlinə 6449 müəllim çalışıb. Onların 5123-ü qadındır.

Trend xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” adlı məcmuəsində əks olunub.

Rəsmi nəşrdə bildirilir ki, həmin təhsil müəssisələrində işləyənlərin 10-u elmlər doktoru, 106-sı isə fəlsəfə doktorudur. Həmçinin dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində dərs deyən müəllimlərdən 8-i professor, 31 nəfəri isə dosentdir.

Xəbər lenti

Xəbər lenti