...

"SÜLH KORPUSU" KÖNÜLLÜLƏRİNİN ÜÇÜNCÜ QRUPU SUMQAYITDA ANDİÇMƏ MƏRASİMİNDƏN KEÇƏCƏK

Siyasət Materials 4 Avqust 2005 20:12 (UTC +04:00)

ABŞ-nın Azərbaycandakı səfiri Rino Harniş avqustun 5-də "Sülh korpusu" könüllülərinin ABŞ-nın 36 vətəndaşından ibarət üçüncü qrupunun andiçmə mərasimində iştirak edəcək.ABŞ-nın Bakıdakı səfirliyində Trend agentliyinə bildirilib ki, mərasim Sumqayıt şəhərinin Kimyaçılar Sarayında Azərbaycan iqtisadi inkişaf və təhsil nazirlikləri nümayəndələrinin, eləcə də "Sülh korpusu" təşkilatının Azərbaycan üzrə direktoru Zoltan Sziqetinin (Zoltan Szigethy) iştirakı ilə keçiriləcək.

Həmin təşkilat 2003-cü ildə Azərbaycanda fəaliyyət üçün hökumət dəvətnaməsi alıb və təşkilatın 50 könüllüsü ingilis dili müəllimləri kimi respublikanın regionlarına göndəriliblər.

Qeyd edək ki, "Sülh Korpusu" 1961-ci ildə ABŞ prezidenti Con Kennedi tərəfindən yaradılıb.Həmin təşkilatın xətti ilə 170 mindən çox amerikalı dünyanın 140 ölkəsində işə cəlb edilib. "Sülh korpusu" nun könüllüləri Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi üzrə 3 aylıq kurslar keçəcək və bundan sonra iki il ərzində təşkilatın müxtəlif tədbirlərində iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti