...

RENE VAN DER LİNDER: BİZ İNANIRIQ Kİ, SEÇKİLƏR DEMOKRATİK VƏ ŞƏFFAF KEÇƏCƏK

Siyasət Materials 7 Oktyabr 2005 16:36 (UTC +04:00)
RENE VAN DER LİNDER: BİZ İNANIRIQ Kİ, SEÇKİLƏR DEMOKRATİK VƏ ŞƏFFAF KEÇƏCƏK

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Rene Van der Linden Azərbaycanda mövcud Seçki məcəlləsi əsasında demokratik seçkilərin keçirilməsinin mümkünlüyünü qeyd edib.Bu barədə Trend in Strasburqda olan xüsusi müxbirinə müsahibəsində Rene Van der Linden bəyan edib.

O, qeyd edib ki, seçkilərin demokratik və şəffaf keçiriləcəyinə inanır.

Təşkilatın Dağlıq Qarabağ üzrə qətnamələrinin yerinə yetirilməsi məsələsindən danışarkən AŞPA prezidenti qeyd edib ki, "biz zorla sülh yarada bilmərik. Biz danışıqların aparılması üçün əlverişli şərait yarada və hər iki dövlətin nümayəndələrinin görüşünü təşkil edə bilərik. Əsas məqam işğal olunmuş ərazilərdə yaşayan əhalinin konkret olaraq hansı dövlətə mənsub olmasıdır.Bu, yalnız sülh danışıqları başlandıqdan sonra həll edilə bilər".

"Avropa Şurası Ermənistan konstitusiyasına dəyişikliklər üzrə referendumdan nə gözləyir?" sualını cavablandırarkən Rene Van der Linden deyib ki, ilk növbədə, iqtidar və müxalifət partiyaları danışıqlara getməli və razılıq əldə etməlidir. "Bizim üçün mühüm olan hər iki tərəfin fikridir.İqtidar partiyası danışıqlara getməlidir, müxalifət partiyaları isə, hakimiyyətin təkliflərini qəbul etməlidir.Əgər Ermənistan beynəlxalq cəmiyyətə qəbul olunmaq istəyirsə, onda onlar buna birlikdə getməlidir"-deyə o bəyan edib.

Xəbər lenti

Xəbər lenti