...

Demokratik Azərbaycan blokunun gələcək fəaliyyəti müzakirə olunacaq

Siyasət Materials 10 Noyabr 2005 14:22 (UTC +04:00)

"Demokratik Azərbaycan blokunun gələcək fəaliyyəti Sədrlər Şurasının toplantısında müzakirə ediləcək". Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən olan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı bildirib.

S.Rüstəmxanlı qeyd edib ki, seçkiöncəsi blokun fəaliyyətini güclü qura bilməyiblər: "Blokun gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələrə ehtiyac var. Ola da bilər ki, blok fəaliyyətini dondursun".

Qeyd edək ki, adıçəkilən blokda VHP-dən başqa üç partiya - Vahid Azərbaycan Milli Birlik Partiyası, Ədalət Partiyası və Azadlıq Partiyası təmsil olunur.

Xəbər lenti

Xəbər lenti