...

Gəncədə qaz partlayışı baş verib

Siyasət Materials 22 Noyabr 2005 11:35 (UTC +04:00)

Təxminən saat 17 radələrində Gəncə şəhərinin 1-ci mikrorayonundakı bina 1, mənzil 21-də güclü partlayış baş verib. Hadisə nəticəsində həmin mənzil və onun altında yerləşən 19 saylı ev zərər çəkib. İlkin ehtimala görə, hadisə qaz sızması nəticəsində baş verib. Xoşbəxtlikdən sakinlərdən heç biri ciddi xəsarət almayıb. Yalnız bir nəfər 18 yaşlı Gülnarə Səfərova partlayışın səsindən qorxaraq psixi sarsıntı keçirib və o dərhal xəstəxanaya çatdırılıb. 21-ci mənzildə yaşayan ev sahibəsi Əntiqə Məmmədovanın sözlərinə görə, o partlayışdan təxminən 10 dəqiqə əvvəl aşağı mərtəbədə yaşayan qohumlarınin mənzilinə düşübmüş. Məmmədovanın qeyd etdiyi kimi 3 gün olar ki, blokda qaz sızması faktı barədə Gənsə Qaz İstismarı İdarəsinə dəfələrlə məlumat verib. Lakin bunun heç bir nəticəsi olmayıb. Qonşuların dediyinə görə, bəzi sakinlər qaz pulunu ödəmədiklərinə görə bloka gələn əsas qaz xəttindən qaz açarını çıxarıblar. Çox güman ki, bu da partlayış üçün zəmin yaradıb.

Xəbər lenti

Xəbər lenti