...

TQDK daxili işlər orqanlarının orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə test imtahanları keçirir

Siyasət Materials 8 Fevral 2006 14:20 (UTC +04:00)

Fevralın 11-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) daxili işlər orqanlarının orta və böyük rəis heyətində xidmətə qəbul üzrə test imtahanları keçirir. Bu barədə Trend ə Dövlət Komissiyasından məlumat verilib.

İmtahanlar "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən keçirilir. Namizədlər rayon polis şöbələrində əməliyyat müvəkkili, müfəttiş, müfəttiş-kriminalist vəzifələrini əhatə edən 50 vakant yer üzrə müsabiqədə iştirak edəcək.

81 nəfərin - 77 kişi və 4 qadının namizədliyi qeydiyyata alınıb. Bütün namizədlər 1976-1984-cü il təvəllüdlüdür və Bakı Dövlət Universitetinin məzunudır. İmtahan testlərinə 100 sual daxil edilib. Maksimum 65 bal toplayan namizəd imtahanların ikinci turunda iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti