...

ABŞ-ın aparıcı yəhudi təşkilatlarının prezidentləri Konfransının nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Siyasət Materials 13 Fevral 2006 18:57 (UTC +04:00)

Fevralın 13-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ABŞ-ın aparıcı yəhudi təşkilatlarının prezidentləri Konfransının Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşü keçirilib. Bu barədə Trend ə Heydər əliyev Fondunda bildirilib.

Görüşdə M.Əliyeva qonaqlara Fondun fəaliyyəti, ictimai təşkilat olaraq Azərbaycan cəmiyyətində tutduğu fəal mövqe barədə ətraflı məlumat verib. Söhbət zamanı xanım Əliyeva Şərqlə Qərbin qovşağında yerləşən bir ölkə kimi Azərbaycanda digər millətlərə və dinlərə qarşı həmişə dözümlü münasibət olduğunu, xalqımızın xoşməramlı qonşularla əsrlər boyu dinc yanaşı yaşadığını qeyd edib, müasir dünyanın bir parçasına çevrilməkdə olan ölkəmizdə bu gün də tolerant cəmiyyətin mövcudluğunu bir daha vurğulayıb.

Nümayəndə heyətinin üzvləri Azərbaycanda gedən quruculuq işləri ilə böyük məmnunluqla tanış olduqlarını, ölkənin sosial, humanitar sahələrdə, o cümlədən təhsil sahəsindəki prioritetlərlə maraqlandıqlarını bildiriblər, dövlət tərəfindən bu sahələrə ayrılan diqqətin əhəmiyyətini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti