Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə "İRƏLİ" Ümumrespublika Gənclər Hərəkatı (UGH) "Ermənisayağı həqiqətlər və ya qondarma erməni soyqrımı" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirəcək. Trend xəbər verir ki, konfransda gənclər və idman naziri Azad Rəhimov, Avstriya Elmlər Akademiyasının şərqşünası Erik Fayql, BDU-nun professoru Anar İsgəndərov və millət vəkili, professor Cəmil Həsənli çıxış edəcək.
Tədbir zamanı "İRƏLİ" UGH tərəfindən simsiz İnternet vasitəsilə xüsusi hazırlanmış məlumatlar toplusu dünya ölkələrinin hökumət və parlament üzvlərinə, ali təhsil ocaqlarının elektron ünvanlarına canlı olaraq göndəriləcək. Həmçinin tədbir iştirakçıların uydurma erməni soyqırımı, erməni yalanları və bu ərəfədə türklər və azərbaycanlılara qarşı erməni terroru haqqında geniş məlumatların əks olunduğu "Erməni soyqırımı" adlı 600 disk paylanacaq.
Konfrans aprelin 24-də saat 10.00-da Musiqili Komediya Teatrında keçiriləcək.