...

İqbal Ağazadə: "Milli Məclis mayın 28-də Azərbaycanın müstəqilliyinin 15 illiyi ilə bağlı geniş amnistiya aktını müzakirəyə çıxarmalıdır"

Siyasət Materials 25 Aprel 2006 15:47 (UTC +04:00)

Milli Məclis mayın 28-də Azərbaycanın müstəqilliyinin 15 illiyi ilə bağlı geniş amnistiya aktını müzakirəyə çıxarmalıdır. Trend xəbər verir ki, bu barədə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Millət vəkili onu da qeyd edib ki, indiyə kimi bir neçə dəfə amnistiya verilib. Amma bunlar cəmiyyətin müxtəlif təbəqələrinə tam şəkildə şamil edilməyib: "Bu gün ömürlük həbs cəzası alan 70 yaşından çox insanlar var. Onların da hamısının əfv siyahısına düşməsi çətindir".

İ.Ağazadə bu məsələ ilə bağlı təklif edib ki, parlamentin insan hüquqları daimi komissiyasında işçi qrup yaradılsın.

Xəbər lenti

Xəbər lenti