Azərbaycan prezidenti İlham Əliyev Pakistanın aparıcı mətbuat orqanı olan "Pakistan Observer" qəzetinin "Ən yaxşı idarə olunan müsəlman dövləti" mükafatına layiq görülüb. Bu barədə Trend "Azərtac"a istinadən məlumat yayıb.
Mükafatıf dövlət başçısına Pakistan Senatının İnsan haqları daimi komitəsinin sədri senator Seyid Məhəmməd Zəfər təqdim edib. Onun sözlərinə görə, Azərbaycanın dövlət başçısı Azərbaycanın milli inkişaf, iqtisadiyyatın müasirləşdirilməsi, dövlət idarəçiliyi, təhsil, insan ehtiyatlarının inkişafı sahəsində əldə etdiyi böyük nailiyyətlərə görə qəzetin redaksiya heyəti tərəfindən bu mükafıata təqdim edilib.
Azərbaycan prezidenti mükafata görə minnətdarlığını bildirib və Pakistanın Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olduğunu qeyd edib. O, ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. Prezident Əliyev eləcə də, Pakistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ədalətli mövqeyini də yüksək qiymətləndirib.