...

Məhəmmədrza Xişti DAK İdarə Heyətinin sədri seçilib

Siyasət Materials 27 İyun 2006 13:37 (UTC +04:00)

İsveçin paytaxtı Stokholm şəhərində Məhəmmədrza Xiştinin sədrlik etdiyi Dünya Azərbaycanlıları Konqresinin (DAK) 9-cu qurultayı öz işini başa vurub. Trend xəbər verir ki, qurultayda Güney Azərbaycanda baş verən son hadisələr, Azərbaycanda insan haqları və demokratiya, diasporun durumu, Dağlıq Qarabağ məsələsi müzakirə olunub.

Qurultay Dağlıq Qarabağ münaqişəsinin və Güney Azərbaycan probleminin həllinə yardımçı olmaları üçün türkdilli dövlətlərin başçılarına müraciət qəbul edib.

Qurultayda Məhəmmədrza Xişti DAK İdarə Heyətinin sədri seçilib.

Onu da bildirək ki, 1997-ci ildə yaradılan DAK iki hissəyə parçalanıb. Qurumun bir hissəsinə Cavad Derəxti, digərinə isə Məhəmmədrza Xişti rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti