...

Azərbaycan və Küveyt beynəlxalq terrorla mübarizə sahəsində saziş imzalamaq niyyətindədir

Siyasət Materials 29 İyun 2006 15:55 (UTC +04:00)

Azərbaycan və Küveyt arasında beynəlxalq terrorla mübarizə sahəsində sazişin layihəsi hazırlanır. Bu barədə Trend ə Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev xəbər verib.

Onun sözlərinə görə, ümumilikdə iki ölkə arasında imzalanacaq 10 sənəd hazırlanır, bu sənədlərdə iqtisadi sahəyə xüsusi diqqət verilir. Onların arasında ikiqat vergiqoymadan yayınma, investisiyaların müdafiəsi və rəğbətləndirilməsi, hökümətlərarası iqtisadi komissiyanın yaranmasına aid sənədlər də var. Həmçinin turizm, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq haqqında sazişlərin layihələri hazırlanır.

Bu sənədlər yüksəkvəzifəli nümayəndə heyətinin hər iki ölkəyə gələcək səfərləri zamanı imzalanacaq. Sənədlər həmçinin Azərbaycan prezidenti İlham Əliyevin ya cari ildə, ya da gələn ilin əvvəlində Küveytə rəsmi səfəri zamanı da imzalana bilərlər.

Xəbər lenti

Xəbər lenti