...

Müdafiə Nazirliyinin 32 zabitinə sertifikatların təqdim olunması ilə əlaqədar mərasim keçirilib

Siyasət Materials 30 İyun 2006 15:34 (UTC +04:00)

İyunun 30-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tədris Mərkəzində hərbi qulluqçularına STANAG 6001 səviyyə 2 standartlarına uyğun İngilis Dilli testi üzrə Sertifikatların təqdim olunması mərasimi keçirilib. Trend xəbər verir ki, mərasimdə müdafiə naziri general-polkovnik Səfər Əbiyev iştirak edib.

Əvvəlcə MN Beynəlxalq Əməkdaşlıq və Avroatlantik İnteqrasiya İdarəsinin rəisi Ramiz Nəcəfov tədbir iştirakçılarını məlumatlandırıb ki, imtahana qatılmış 83 zabitdən 32-si testi uğurla keçib.

Müdafiə naziri S.Əbiyev isə çıxışında qeyd edib ki, 1999-cu ildə MN-nin Sülhməramlı İngilis Dili Mərkəzi yaradılıb. "Azərbaycan Böyük Britaniya ilə həm ikitərəfli, həm NATO-nun "Sülh Naminə Tərəfdaşlıq Proqramı" çərçivəsində əməkdahlığa böyük əhəmiyyət verir. İndiyədək Nazirliyin 40 əməkdaşı Böyük Britaniyada tədris keçib. Biz Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklənməsini yüksək qiymətləndiririk" - deyə nazir vurğulayıb.

Daha sonra Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının York Hersoqu Endryu Vilyam sertifikat almaq hüququ qazanan zabitləri təbrik edib.

Tədbirin sonunda isə nazir S.Əbiyev və hersoq tərəfindən zabitlərə sertifikatlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti