...

Rusiya prezidenti MDB ölkələrinin liderlərini Moskvada qeyri-rəsmi görüşə dəvət edib

Siyasət Materials 6 İyul 2006 19:11 (UTC +04:00)

Vladimir Putin MDB ölkələrinin liderlərini birlik ölkələrinin qeyri-rəsmi sammiti çərçivəsində Rusiya prezidentinin mükafatı uğrunda hər il keçirilən növbəti at yarışlarına baxmaq üçün Moskvaya dəvət edib. Bu barədə Trend ə Rusiyanın Azərbaycandakı müvəqqəti işlər üzrə müvəkkili Pyotr Burdıkin xəbər verib.

O əminliklə bildirib ki, belə dəvət Azərbaycan prezidenti İlham Əliyevə də verilib. Belə qeyri-rəsmi şəraitdəki görüşlər qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə etmək üçün dövlət başçılarına imkan yaradır.

Qeyd edək ki, bu cür at yarışları ilk dəfə Rusiyada 2004-cü il iyulun 2-3 -də keçirilib. O zaman Türkmənistan və Belorusiyadan başqa, Moskvaya MDB ölkələri liderlərinin əksəriyyəti gəlmişdi.

RF prezidentinin mükafatı uğrunda at yarışları haqqında Əsasnaməyə əsasən, 3 il və daha çox yaşı olan ayğır və madyanların at yarışlarında iştirak etməsinə icazə verilir, yarışın məsafəsi - 2000 metr, mükafatın məbləği - 3 milyon rubldur. Prezident cıdırının qalibinə mükafat qismində verilən 39 sm hündürlüyə malik heykəl - Yevgeni Lanserin "Cıdırı tamamlamış jokeyin yəhəri altında cins at" adlı kompoziyasının onun nəvəsi tərəfindən bürünc və oniksdən hazırlanmış surətidir.

Xəbər lenti

Xəbər lenti