...

Gürcüstandakı Rusiya bazasından növbəti hərbi texnika eşelonu yola salınıb

Siyasət Materials 1 Avqust 2006 13:13 (UTC +04:00)

Bu gün Rusiyanın Gürcüstandakı hərbi bazalarına məxsus döyüş texnikası və əmlakdan ibarət növbəti eşelon Tsalka dəmiryol stansiyasından Azərbaycan ərazisi ilə Rusiyaya yola salınıb. Bu barədə Trend in Tiflisdəki xüsusi müxbirinə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib.

Eşelonda Rusiyaya Axalkalakidəki 62-ci hərbi bazaya məxsus 10 tank və 2 BMP, o cümlədən təxminən 100 ton zirehli tank əmlakı daşınır.

Xəbər lenti

Xəbər lenti