...

Azərbaycan prezidenti: Gənclərin fəaliyyəti İKT ölkələrinin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir

Siyasət Materials 4 Sentyabr 2006 10:31 (UTC +04:00)
Azərbaycan prezidenti: Gənclərin fəaliyyəti İKT ölkələrinin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir

Biz bütün dünyaya izah etməliyik ki, islam - dünya dinidir. Bu kontekstdə gənclər təşkilatlarının, o cümlədən "Dialoq və əməkdaşlıq naminə İslam konfransı gənclər forumu"nun fəaliyyəti xüsusilə əhəmiyyətlidir. Trend in Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə bazar günü İstanbulda Gənclər forumunun qərargahının açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev bildirib.

"Hələ 1,5 ay bundan əvvəl biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında iştirak etdik və bu gün biz İKT-nin gənclər forumunu açırıq. Mən şadam ki, yenə də Türkiyə torpağındayam", - Azərbaycanın dövlət başçısı bildirib.

Onun sözlərinə görə, artıq bu gün Forum fəal işlər görür. "İslam gənclərinin fəaliyyətinin gələcəyimiz üçün böyük əhəmiyyəti var", - deyə İlham Əliyev vurğulayıb.

Azərbaycan prezidenti həmçinin Ermənistanın Azərbaycana təcavüz etməsindən də danışıb. "Azərbaycan həmçinin terrorun qurbanı olub. Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün olub, Azərbaycanın 20 faiz ərazisi erməni işğalı altındadır", - deyə dövlət başçısı qeyd edib.

"Biz forumun təcrübi əhəmiyyətə malik olması üçün daha fəal olmalıyıq", - deyə prezident İlham Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti