...

Brüsseldə AB və Azərbaycanın əməkdaşlıq məsələləri müzakirə olunacaq

Siyasət Materials 25 Oktyabr 2006 18:18 (UTC +04:00)

Azərbaycan -Avropa Birliyi Əməkdaşlıq Şurasının növbəti 8-ci toplantısının noyabrın 13-14-də Brüsseldə keçirilməsi planlaşdırılıb. Bu barədə Trend ə Azərbaycanın Belçikadakı səfirliyindən məlumat verilib.

Gözlənildiyi kimi, toplantıda Azərbaycanın nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov başçılıq edəcək. AB-ni toplantıda Finlyandiya prezidentliyi təmsil edəcək. Ehtimal olunur ki, danışıqların yekununda AB və Azərbaycan arasında Avropa qonşuluq proqramı üzrə Fəaliyyət planı imzalanacaq.

Qeyd edək ki, Əməkdaşlıq şurası - tərəflər arasında münasibətlərin irəliləməsi məsələlərini müzakirə etmək və gələn il üçün prioritetlərin müəyyənləşdirilməsi üçün ildə bir dəfə keçirilən, Azərbaycan və AB arasında ali müntəzəm görüşdür.

Xəbər lenti

Xəbər lenti