...

Oktyabrın 30-da Klassik Xalq Cəbhəsi Partiyasının ümümbakı müşavirəsi keçiriləcək

Siyasət Materials 27 Oktyabr 2006 14:05 (UTC +04:00)

Oktyabrın 30-da Klassik Xalq Cəbhəsi Partiyasının Bakı şəhər şöbələrinin və işğal altında olan rayonlardakı təşkilatların ümümbakı müşavirəsi keçiriləcək. Bu barədə Trend ə Klassik Xalq Cəbhəsi Partiyasından (KXCP) məlumat verilib.

Müşavirədə ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın rayon təşkalatlarının fəaliyyəti müzakiə olunacaq. Rayon və şəhər təşkilatlarının işinin yüksəldilməsi barədə müvafiq tapşırıqlar və qərarlar veriləcək. Müşavirədə həmçinin partiya üzvlərinin yenidən anketləşmə işi dəqiqləşdiriləcək. Partiyanın ümumilikdə 67 şöbəsi fəaliyyət göstərir.

Qeyd edək ki, bu təşkilat bu ilin mart ayına qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası adına iddia edirdi və "Klassiklər" AXCP-si kimi tanınırdı. Azərbaycanın eks-prezidenti, AXCP-nin sədri Əbülfəz Elçibəyin müavini olmuş Mirmahmud Mirəlioğlu 2000-ci ildə partiyanın iki yerə parçalanmasından sonra "Klassiklər" qanadına sədrlik edib. Sonradan partiyanın adında dəyişiklik edilərək bu il mart ayının 26-da KXCP-nin təsis qurultayı keçirilib.

Xəbər lenti

Xəbər lenti