İdmanın növündən asılı olmayaraq, Azərbaycanda keçirilən hər bir beynəlxalq yarış bizim üçün çox mühümdür. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2007-ci ilin iyununda Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatını şərh edərkən bəyan edib.
Nazir qeyd edib ki, Azərbaycan bu çempionatın respublikada keçirilməsi ilə bağlı qərarı yüksək qiymətləndirir. O əlavə edib ki, ölkə prezidentinin imzaladığı xüsusi fərmanda aydın şəkildə bildirilir ki, beynəlxalq yarışların Azərbaycanda keçirilməsi üçün bütün imkanlardan istifadə etmək lazımdır. Nazir qeyd edib ki, bu sahədə iş bundan sonra da davam etdiriləcək.