...

Azərbaycan prezidenti Naxçıvan MR-in Ordubad rayonuna səfər edib

Siyasət Materials 21 Dekabr 2006 12:28 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 21-də günün birinci yarısında Naxçıvan Muxtar Respublikasının (NMR) Ordubad rayonunda olub. Trend in xüsusi müxbiri xəbər verir ki, əvvəlcə dövlət başçısı eks-prezident Heydər Əliyevin büstünə gül qoyub və akademik Yusif Məmmədəliyevin ev-muzeyi ilə tanış olub.

Sonra prezident Ordubad şəhərində yeni internat-məktəbin açılışında iştirak edib.

Mərasimdə rayon ictimaiyyəti qarşısında çıxış edən İ.Əliyev bildirib ki, Azərbaycanda iqtisadi islahatlar sürətli templərlə gedir. O əlavə edib ki, əgər onlar olmasa, quruculuq və abadlıq işlərinin görülməsi üçün də imkan olmayacaq.

Prezident qeyd edib ki, hazırda Azərbaycan iqtisadiyyatın inkişaf səviyyəsinə görə dünyada birinci yeri tutur. Keçən il iqtisadi artım 34% təşkil edib. Bu zaman o, "iqtisadi göstəricilərin gündəlik həyatda əks olunmasının" zərurətini vurğulayıb.

İ.Əliyevin bildirdiyi kimi, Azərbaycanın iqtisadi layihələri bütün bölgədə dəyişikliklərə səbəb olur, xüsusilə də Bakı-Tbilisi-Ceyhan layihəsi yalnız böyük transmilli iqtisadi layihə deyil, həm də bölgənin və Azərbaycanın enerji təhlükəsizliyini təmin edən siyasi layihədir.

Xəbər lenti

Xəbər lenti