...

Gürcüstanın baş naziri: Gürcüstan Azərbaycan qazının min kubmetrini 120 ABŞ dollarına alacaq

Siyasət Materials 29 Dekabr 2006 15:48 (UTC +04:00)
Gürcüstanın baş naziri: Gürcüstan Azərbaycan qazının min kubmetrini 120 ABŞ dollarına alacaq

Gürcüstan Azərbaycanın təbii qazının min kubmetrinə görə 120 ABŞ dolları ödəyəcək. Bu barədə Gürcüstanın baş naziri Zurab Noqaideli bu gün keçirilən parlamentin növbədənkənar iclasında ölkənin 2007-ci il üçün dövlət büdcəsinin müzakirəsi zamanı bəyan edib. Bu barədə Trend in Gürcüstandakı xüsusi müxbiri xəbər verir.

Yanvar ayından Gürcüstan Azərbaycandan hər gün bu qiymətə 1 milyon kubmetr qaz alacaq.

"Azərbaycan tərəfi qiyməti hamıya bildirməməyi xahiş edib, lakin onlar özləri bu qiyməti açıqlayıb və mən yalnız bunu təsdiq edə bilərəm", - deyə Noqaideli bəyan edib.

"Bu, Şahdəniz qazı deyil, başqa Azərbaycan qazıdır", - deyə Zurab Noqaideli qeyd edib.

Onun sözlərinə görə, yanvar ayı ərzində Gürcüstan quyudakı qəzanın nəticələri aradan qaldırıldıqdan sonra Şahdəniz yatağından Azərbaycan qazının nə vaxt tədarük olunmağa başlayacağı (Bakı-Tbilisi-Ərzurum) haqqında qəti məlumat alacaq.

"Bundan sonra biz bahalı Rusiya qazının alışını azaldacaq, gələcəkdə isə alışı tamamilə dayandıracağıq", - deyə Zurab Noqaideli bəyan edib. Onun sözlərinə görə, ölkənin qazla təchiz olunması ətrafında olan problemlərlə bağlı büdcədən enerji sektoruna əlavə olaraq 120 mln. larinin ayrılması nəzərdə tutulub. Lakin o, yanacağın tarifinin yanvarın 1-dən artmaması məqsədilə bu məbləğin qaz paylayıcı şirkətlər arasında hansı formada bölüşdürəcəyini konkretləşdirməyib.

"Gürcüstanın yaxın üç ay ərzində Rusiya qazını aldığı müddətdə bu problem distribütor şirkətləri və əhali üçün daha az ağrılı olmalıdır. Bu, bizim qarşımıza qoyduğumuz məqsəddir", - deyə Zurab Noqaideli bildirib.

Xəbər lenti

Xəbər lenti