...

Moldovanın baş naziri fevralın 22-23-da Azərbaycana gələcək

Siyasət Materials 5 Fevral 2007 13:33 (UTC +04:00)

Moldovanın baş naziri Vasile Tarlevin təxminən fevralın 22-23-da Azərbaycana rəsmi səfər edəcəyi gözlənilir. Bu barədə Trend ə Moldovanın baş nazirinin mətbuat xidmətindən məlumat verilib.

Hazırda səfərin proqramı və gündəliyi razılaşdırılır. Güman edilir ki, Azərbaycan rəhbərliyi ilə görüşlərdə müxtəlif sahələrdə və ilk növbədə iqtisadi sahədə gələcək əməkdaşlığın inkişaf məsələləri müzakirə olunacaq.

Moldovanın Azərbaycandakı səfiri İon Robunun əvvəl Trend ə verdiyi xəbərə görə, səfirlik səfərə hazırlıq görür, təşkilati məsələlər öz tempi ilə gedir. Onun sözlərinə görə, çoxdan bəri razılaşdırılan ikitərəfli saziş layihələri üzrə bir sıra təkliflər var, indi tərəflər arasında əlaqələndirmə mərhələsi gedir.

Diplomat vurğulayıb ki, bu, Azərbaycan və Moldova arasında ticari-iqtisadi və elmi -texniki əməkdaşlığın müxtəlif sahələrini əhatə edən təxminən 10 sənəddir.

Xəbər lenti

Xəbər lenti