...

AŞPA-nın yaz sessiyası aprelin 16-da başlayacaq

Siyasət Materials 14 Aprel 2007 11:31 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/Aprelin 16-da Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası öz işinə başlayacaq.

Sessiya zamanı AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Toni Lyod və Andreas Herkelin hazırladığı məruzə dinləniləcək, Azərbaycanda gedən son siyasi proseslər əsas diqqət mərkəzində olacaq.

Azərbaycanla bağlı bir neçə məsələnin də müzakirə ediləcəyi sessiyada Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti ilə yanaşı, Azərbaycandan dəvət olunmuş hüquq müdafiəçiləri, müxalifət partiyalarının nümayəndələri də iştirak edəcək.

Sessiyada Azərbaycandan dəvət olunmuş hüquq müdafiəçilərinin keçmiş səhiyyə naziri Əli İnsanovun siyasi məhbus statusu alması barədə fikir bildirməsi gözlənilir.

Bu arada AŞPA-nın baş katibi Mateo Sorinas Azərbaycan üzrə həmməruzəçilər Toni Lyod və Andres Herkelin hazırladığı məruzəni obyektiv hesab etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti