...

Türkiyə parlamenti prezidenti seçə bilmədi

Siyasət Materials 20 Avqust 2007 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Bir qədər əvvəl Türkiyə Böyük Millət Məclisində ölkənin 11-ci prezidentini seçmək üçün keçirilən səsvermənin ilk turu başa çatıb. 448 millət vəkilinin iştirak etdiyi səsvermədə hakim Ədalət və İnkişaf Partiyasının namizədi, hazırkı xarici işlər naziri Abdulla Gül 341 səs toplayıb. İlk turda prezident seçilmək üçün isə 367 səs toplamaq lazımdır. Beləliklə, Gül prezident seçilə bilməyib.

Digər namizədlərə gəlincə, MHP-nin təmsilçisi, keçmiş müdafiə naziri Səbahəddin Çakmakoğlu 70, DSP-nin namizədi Hüseyn Tayfun İçli 13 səs qazanıb. 23 deputat heç kimə səs verməyib. 1 bülleten etibarsız hesab olunub.

Prezident seçkilərinin ikinci turu avqustun 24-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti