...

Azərbaycan şahmatçıları AÇ-2007-də liderliyi davam etdirirlər

Cəmiyyət Materials 1 Noyabr 2007 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanın kişilərdən ibarət yığması Kritdə keçirilən Avropa Çempionatında liderliyini davam etdirirlər.

Trend xəbər verir ki, dördüncü tur çərçivəsində komanda Hollandiyanı 2,5:1,5 hesabı ilə üstələyib.

Bununla belə, məşqçilər Sergey Tivyakovla heç-heçə oynayaraq birinci lövhədə Teymur Rəcəbovu əvəz edən Şəhriyar Məmmədyarova bu turda dincəlmək imkanı veriblər.

Oyunda qələbəni isə Erik Van Der Doldan güclü olan Qadir Hüseynov qazanıb. Eyni zamanda, Azərbaycanın qadınlardan ibarət yığması Türkiyəni 3:1 hesabı ilə üstələyib. Özünün ilk qələbəsini birinci lövhədə Yekaterina Atalikə qalib gələn Zeynəb Məmmədyarova qeyd edib. Həmçinin Zöhrə Topalı üstələyən İlahə Qədimova da səmərəli oynayıb.

Xəbər lenti

Xəbər lenti