...

AFMMM Rusiyadakı seçkilər ərəfəsində partiyalarla bloklara daxil olmayacaq -- Söyün Sadıqov

Cəmiyyət Materials 14 Noyabr 2007 18:22 (UTC +04:00)
AFMMM Rusiyadakı seçkilər ərəfəsində partiyalarla bloklara daxil olmayacaq -- Söyün Sadıqov

Rusiya, Moskva / Trend , müxbir R.Ağayev / Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti RF-nin Dövlət Dumasına seçkilər ərəfəsində siyasi hərəkatlarla bloklara daxil olmaq niyyətində deyil. "Dövlət Dumasına seçkilərdən sonra də, biz hər hansı bir siyasi partiya, siyasi hərəkat və ya birliklə razılıq imzalamaq niyyətində deyilik" - deyə "AzərRos" AFMMM-nın prezidenti Söyün Sadıqov məlumat verib.

Beşinci çağırış Dövlət Dumasına seçkilər ərəfəsində "Yedinaya Rossiya" ("Vahid Rusiya") hakim partiyası siyasi hərəkatları, o cümlədən AFMMM-i, partiyanın bayrağı altında birləşmək və Əməkdaşlığa dair Razılaşma imzalamağa çağırıb. Sənədə artıq Rusiyanın 21 milli-ictimai təşkilatı, eləcə də, Azərbaycanlıların Ümumdünya Konqresi qoşulub.

Çərşənbə günü Sadıqovun Trend ə verdiyi məlumata görə, "AzərRos"un siyasi tədbirlərdə dayaq hesab olunması və təşkilatı "Yedinaya Rossiya"nın bayrağı altında birləşdirmək cəhdi heç də xoşagələn hal deyil. "Bir tərəfdən, bizə yardım göstərmək məqsədilə müraciət edirlərsə, bu bizi sevindirir. Razılaşmaya qoşulmaq çağırışını başqa cür qiymətləndirmək olmaz. Bu o deməkdir ki, bizi nüfuzlu təşkilat hesab edirlər" - deyə Sadıqov bildirib. Onun sözlərinə görə, "AzərRos" AFMMM hazırda nüfuzlu təşkilata çevrilib, uzun illərdir ki, Rusiya naminə çalışır, ölkə xaqları arasında sülhün, dostluğun inkişafına öz tövhəsini verir. "Lakin bizi, Rusiya azərbaycanlılarını indi yada salmaları bizim üçün çox xoşagəlməz haldır" - deyə AFMMM-nin prezidenti bildirib.

"AFMMM hamıya eyni münasibət bəsləyir və hamı ilə əməkdaşlıq etməyə hazırdır. Təşkilat ölkənin çiçəklənməsi naminə konstruktiv qüvvələri möhkəmləndirir, ksenofobiya və ekstremizmə qarşı mübarizə aparır, Rusiya xalqları arasında sülhü möhkəmləndirir" - deyə Sadıqov qeyd edib.

Xəbər lenti

Xəbər lenti