...

Almaniya və Norveçin Azərbaycandakı səfirliklərinin əməkdaşları "Azadlıq" qəzetinin yaralı jurnalistinə baş çəkiblər

Cəmiyyət Materials 14 Mart 2008 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart / " müxbir K.Ramazanova/ Almaniya və Norveçin Azərbaycandakı səfirliklərinin əməkdaşları müxalifətyönlü "Azadlıq" qəzetinin yaralanmış jurnalisti Aqil Xəlilə baş çəkiblər.

Martın13-də saat 20 - də naməlum şəxslər tərəfindən "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilə ürək nahiyəsindən bıçaq xəsarəti yetirilib. Jurnalist Kliniki Tibb Mərkəzinə çatdırılıb və orada əməliyyat olunub. Faktla bağlı cinayət işi qaldırılıb.

"Hər bir hücüm jurnalistlərdə inamsızlıq yaradır", - deyə jurnalistlərə Almaniyanın Azərbaycandakı səfirinin birinci katibi Robert Zesner bildirib.

Norveç səfiri Yon Ramberq Azərbaycanın hüquq-mühafizə orqanlarının cinayətkarı tapacağına və ona layiq olduğu cəzanı verəcəklərinə əminliyni bildirib.

Jurnalistə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi, Avropa Şurasının nümayəndələri, Azərbaycan parlamentinin deputatları - Panah Hüseyn və Nəsib Nəsibzadə, Mətbuat Şurasının sədri Əflatun Amaşov da baş çəkiblər.

Xəbər lenti

Xəbər lenti