...

Azərbaycan jurnalistlərinin aclıq aksiyası dayandırıldı

Cəmiyyət Materials 7 Aprel 2008 18:09 (UTC +04:00)
Azərbaycan jurnalistlərinin aclıq aksiyası dayandırıldı

Azərbaycan, Bakı, 07 aprel mart/ Trend , müxbir C.Babayeva / Jurnalistlərin "Yeni Müsavat" qəzetinin redaksiyasında on iki günlük aclıq aksiyası bu gün dayandırılıb. Bu barədə bazar ertəsi Trend -a hərbi jurnalist Üzeyir Cəfərov məlumat verib.

Onun sözlərinə görə, Eynulla Fətullayevin aclığı dayandırmaq barədə qərarından sonra, aclıq aksiyasına son qoyulub.

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti bazar ertəsi Fətullayevlə görüşəndən sonra o, aclığı dayandırmaq barədə qərar qəbul edib.

"Aclıq aksiyasının dayandırılması barədə qərar Fətullayevin qərarından sonra verildi",- deyə Cəfərov bildirib.

Martın 27-dən əvəzləmələrlə keçirilən aksiya "Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə dəstək məqsədi daşıyırdı. 12 saylı Cəzaçəkmə Müəssisəində saxlanılan Fətullayev martın 26-dan aclıq edirdi. O, həbsdə olan jürnalistlərin azadlığa buraxılmasını, özünün işinə yenidən baxılmasını, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti