...

Vyanada Azərbaycan ədəbiyyatı gecəsi keçirilib

Cəmiyyət Materials 24 Aprel 2008 05:24 (UTC +04:00)
Vyanada Azərbaycan ədəbiyyatı gecəsi keçirilib

Avstriya, Vyana, 24 aprel / Trend müxbir A.Ələsgərov/ Aprelin 23-də Vyanada, Avstriyanın Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı gecəsi keçirilib. Gecədə beş poemadan ibarət "Xəmsə" əlyazmasının CD diskinin və dahi Azərbaycan şairi Nizami Gəncəvinin böyük Nizami Gəncəvinin kitabının təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Ədalət Vəliyev, Avstriyanın Milli Kitabxanasının baş direktoru Yohana Rahinger, ölkəmizin Vyanadakı səfirliyinin təmsilçiləri, habelə Avstriyanın rəsmi nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə Avstriyanın Milli Kitabxanasının baş direktoru Yohana Rahinger açıb. Bundan sonra avstriyalı aktyorlar "Xəmsə" poemalarından müxtəlif epizodları oynayıblar.

Azərbaycan mədəniyyət nazirinin müavini Ədalət Vəliyev çıxışı zamanı qeyd edib ki, bu tədbirdə iştirak etmək onun üçün böyük şərəfdir. Onun sözlərinə görə, Azərbaycan ədəbiyyatı gecəsi Azərbaycan və Avstriya milli kitabxanalarının sıx əməkdaşlığı nəticəsində ərsəyə gələn bir tədbirdir.

Bu tədbirdə iştirak etmək üçün xüsusi olaraq Bakıdan Avstriya paytaxtına Muğam Triosu gəlib. Muğam ustaları Vyanadakı gecədə mahnılar ifa ediblər.

Xəbər lenti

Xəbər lenti