Azərbaycan, Bakı, 25 iyun /TrendLife müx. Eldar Hüseynzadə, Nigar Musayeva/
Anastasiya Voloçkovanın məşqləri günorta saat 14:00-da başladı. O, dirijor Cavanşir Cəfərovla musiqinin necə olmasını, texniki təfsilatı müzakirə edirdi.
"Biz sizə lazımıq?",-deyən teatrın dirijoru Cavanşir Cəfərov məşqin sonunda Anastasiya xanıma müraciət etdi.
"Siz mənə həmişə lazımsız, lakin indi özüm tək məşq edəcəm"-deyən balerina çox mülayim şəkildə ona cavab verdi. Orkestr zalı tərk etsə də. Anastasiya xanım məşqlərinə davam etdi. Məşqdən sonra isə balerina TrendLife-ın suallarına cavab verdi.
-Siz Azərbacanın mədəniyyət və incəsənət xadimləri ilə tanışsınızmı? Bəlkə onlarla əməkdaşlıq və ya dostluq edirsiniz?
-Açıq etiraf edim ki, heç kimlə nə dostluq, nə də əməkdaşlıq edirəm. Lakin onu da bilirəm ki, Bakı həmişə istedadlı mədəniyyət və incəsənət xadimləri ilə fərqlənib.
- Bakı Qərb və Şərqin kəsişmə nöqtəsində yerləşir... Belə ki, bizdə həm klassik balet, həm də qərb rəqsləri məşhurdur. Bəs sizin "göbək" rəqsinə münasibətiniz necədir?
-Qərb mədəniyyəti, ümumiyyətlə "göbək" rəqsi çox xoşuma gəlir. Repertuarımda qərb musiqisi üzərində qurulmuş bir neçə rəqslərim var.
-Özünüzə və ətrafdakılara qarşı tələbkarsınız?
-Özümə və ətrafdakı insanlara qarşı çox tələbkar və ciddiyəm. İlk növbədə isə mənim tamaşamı qəbul edən təşkilatçılara qarşı tələbkaram. Axı, keyfiyyətli çıxış etmək üçün mütləq professional balet örtüyü lazımdır. Ümumilikdə isə insanları çox sevirəm və hesab edirəm ki, onları olduqları kimi qəbul etmək lazımdır.
-Mətbuatda sizin haqqınızda yazılanlara inanmaq olar? Anastasiya Voloçkova mətbuatın onun haqqında yaratdığı obrazdan nə ilə fərqlənir?
-Mənim haqqımda mətbuatda yazılanlara qətiyyən inanmaq lazım deyil. Çünki heç bir mətbuat işçisi insanın necə şəxsiyyət olduğunu müəyyən edə bilməz. Bu mümkün deyil. Məhz buna görə də mən KİV-in məni yaratdığı obrazlardan fərqlənirəm.
-Ətrafınızda baş verən qalmaqallara, söz-söhbətlərə münsibətiniz necədir?
-Qalmaqallar? Mənim elə şeylərlə işim olmaz. Mən sadəcə yaşayıram. Ətrafımda olan səs-küy o deməkdir ki, mənim adım, şəxsiyyətim cəmiyyətdə maraq doğurur. Demək olmaz ki, bu məni sevindirir. Amma olmamağıdansa, olmağı daha yaxşıdır. Pis onda olardı ki, mən heç kimə lazım olmayım. Bugün haqqımda kim nə danışır, nə yazır məni maraqlandırmır. İstəməzdim ki, hansısa jurnalın səhifəsində olum, istərdim ki, insanların ürəyində olum.
-Həmkarlarınız arasında rəfiqələriniz necə var? Ümumiyyətlə rəfiqələrinizlə münasibətiniz necədir? Onlara inanırsınız?
-Rəfiqələrimlə fəxr edə bilmərəm. Məktəb vaxtı həmişə oğlanlarla dostluq etmişəm. Onlar həmişə məni sevib, hörmət ediblər. Balet aləmində isə bir rəfiqəm var o, da Jenyadır. Hazırda həm Rusiyada, həm də Londonda yaşayır. İndi Jenya səkkiz aylıq hamilədir. Qız gözləyir. Mən də bu anı səbirsizliklə gözləyirəm. Çünki biz onunla çox yaxınıq. Jenyadan başqa da bir neçə rəfiqəm var ki, onlara inanıram.
-Hər bir qadının müəyyən tip kişilər xoşuna gəlir. Bəs sizin necə tip kişilərdən xoşunuz gəlir? Sizin " ideal" hesab etdiyiniz insan illər keçdikdən sonra dəyişməyib? Həyat yoldaşınız İqor sizə uyğun gəlirmi?
-Qadınlar elə kişilərə aşiq olurlar ki, həmin kişilər misilsiz və çox gözəldirlər. Mən İqorla çox xoşbəxtəm. Məhz o, mənim idealımdır.
-Müsahibəyə görə minnətdarıq.
-Siz də sağ olun.