...

Azərbaycanda hava şəraiti dəyişkən buludlu olacaq

Cəmiyyət Materials 12 İyul 2008 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanda gələn həftənin birinci yarısınadək hava şəraiti dəyişkən buludlu olacaq. Bu barədə şənbə günü Trend -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verib.

Trend -un arayışı: Azərbaycanda iyun və iyulun birinci ongünlüyündə hava şəraiti, əsasən, qeyri-sabit keçib. Temperatur iqlim normasından 2-3 dərəcə aşağı olub.Ötən həftə çayların daşması və selin gəlməsi nəticəsində iki nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Tağıyeva deyib ki, iyulun 12 - dən 17- dək paytaxt Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi olacaq, hava buludlu, hərarət gündüz saatlarında 29 -32 dərəcə olacaq. Onun sözlərinə görə, bölgələrdə hava şəraiti, əsasən, yağmursuz olacaq, gecə saatlarında qısamüddətli yağış yağacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti