...

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu üzrə müsabiqəyə sənəd qəbulu başa çatıb

Cəmiyyət Materials 20 Oktyabr 2008 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 33 dövlət orqanı üzrə müsabiqəyə təqdim edilən 601 vakant dövlət qulluğu vəzifəsinintutulması üçün sentyabrın 11- dən başlayansənəd qəbulu oktyabrın 17 - də başa çatıb.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən bazar ertəsi Trend - a verilən məlumata görə, bu müddət ərzində Komissiyada 2338namizəd qeydə alınıb. Onlardan 574 -ü (24,6%) qadın, 1764 - ü (75,4%) kişidir.

Ən çox namizəd İqtisadi İnkişaf Nazirliyi (49 yerə qarşı 401 namizəd), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (88 yerə qarşı 181 namizəd), Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (57 yerə qarşı 168 namizəd), Təhsil Nazirliyi (58 yerə qarşı 168 namizəd) və Dövlət Miqrasiya Xidməti (9 yerə qarşı 159 namizəd) üzrə qeydə alınıb. Bu beş dövlət orqanı üzrə qeydə alınmış namizədlərin bütün namizədlər arasında xüsusi çəkisi 46,1% təşkil edir.

Bir vakant yerə iddia edən namizədlərin sayına görə ilk yeri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tutur;bu dövlət orqanı müsabiqədə cəmi birvəzifə ilə iştirak etsə də, 95namizəd qeydə alınıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi üzrə qeydə alınmış namizədlərin sayı 22 nəfərdir. Sənəd qəbulunda ən aşağı müsabiqə vəziyyəti isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (1 yerə qarşı orta hesabla 0,6 nəfər), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (1 yerə qarşı orta hesabla 0,9 nəfər), Dövlət Statistika Komitəsi (1 yerə qarşı orta hesabla 0,9 nəfər) olubdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti