Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubundan kənarlaşdırılan Alim Qurbanov baş məşqçi İqor Ponomaryovdan narazıdır.
"Xəzər-Lənkəran"ın heyətində Türkiyədə keçirilən təlim-məşq toplanışında iştirak etdim. Baş məşqçi Bakıya qayıdandan sonra məni komandadan uzaqlaşdırdı. Ponomaryov mənimlə bağlı qərarı gec verdiyi üçün ondan narazıyam", - bazar ertəsi Trend -a Qurbanov deyib.
"Xəzər-Lənkəran" klubunun rəhbərliyi iki gün əvvəl Qurbanovla yanaşı, daha bir futbolçunu - Füzuli Məmmədovu da komandadan uzaqlaşdırıb.
Qurbanov bildirib ki, baş məşqçidən fərqli olaraq, klub rəhbərliyindən razı qalıb.
"Xəzər-Lənkəran" klubunun rəhbərliyi ilə heç bir problemim yoxdur", - deyə futbolçu əlavə edib.
Qurbanov bir neçə klubdan təklif aldığını bildirsə də, həmin komandaların adlarını açıqlamayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]