...

Azərbaycanlı deputat xalqı Türkiyəni "Evrovizion-2009"da təmsil edəcək Hadisəyə səsverməyə çağırıb

Cəmiyyət Materials 24 Aprel 2009 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycanlı deputat xalqı Türkiyəni "Evrovizion-2009" müsabiqəsində təmsil edəcək Hadisəyə səsverməyə çağırıb.

"Türkiyə mətbuatının Azərbaycan xalqının Hadisəyə səs verməyəcəyi barədə yaydığı xəbərlər yanlışdır. Əminəm ki, Türkiyəni müsabiqədə təmsil edəcək müğənniyə ən çox səs Azərbaycandan gələcək", - cümə günü jurnalistlərə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, deputat Qənirə Paşayeva deyib.

"Evrovizion-2009" müsabiqəsi mayın 12-16-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti