...

Azərbaycan Mətbuat Şurasının sədri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısında iştirak edəcək

Cəmiyyət Materials 8 İyun 2009 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Mətbuat Şurasının sədri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısında iştirak edəcək.

"İyulun 9-10-da İstanbulda keçiriləcək illik tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov məruzə ilə çıxış edəcək", - bazar ertəsi Trend -a Mətbuat Şurasından bildirilib.

Toplantıda dünyada söz və mətbuat azadlığının vəziyyəti, kütləvi informasiya vasitələrinin özünütənzimləmə üsullarının təkmilləşdirilməsi müzakirə olunacaq, mövcud problemlər araşdırılacaq və vəziyyətdən çıxış yolları müəyyənləşdiriləcəkdir.

Azərbaycan Mətbuat Şurası 2005-ci ildən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının üzvüdür. Şura bu cür toplantılara artıq üçüncü dəfədir qatılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti