...

Azərbaycanın avarçəkənlər dueti dünya çempionatının finalına çıxa bilməyib

Cəmiyyət Materials 1 Avqust 2009 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 avqust / Trend , muxbir C.Babayeva /

Azərbaycanın kanoeçi dueti finala çıxa bilmədi.

Rusiyanın paytaxtı Moskvada keçirilən yeniyetmələr arasında kayak və kanoe qayıqlarında avarçəkmə üzrə dünya çempionatında bu gün 1000 metr məsafəyə yarımfinal yürüşlərinə start verilib. Azərbaycan avarçəkənlərindən 2 nəfərlik kayak qayığında yer alan Rüfət Vəlizadə - Mirnazim Cavadov dueti artıq çıxışını başa vurub. Kayakçılarımız İtaliya, Belarus, İsveç, İran, Ukrayna, CAR, Belçika və Kanadadan olan rəqibləri ilə mübarizədə 8-ci yeri tutub. Vəlizadə - Cavadov dueti 1000 metr məsafənin 750 metrini 5-ci sırada qət etsə də, yekunda 3 dəqiqə 32 saniyə 479 mikrosaniyə nəticə ilə öz qrupunda 9 iştirakçı arasında 8-ci yeri tutub. Reqlamentə əsasən, finiş xəttini ilk 3-lükdə keçən kayakçılar finala vəsiqə qazanıb. Bu səbəbdən, Vəlizadə - Cavadov dueti yarımfinal mərhələsində mübarizəni dayandırıb.

Avqustun 2-də 500 metr məsafəyə yarımfinal və final yürüşləri keçiriləcək. Avarçəkənlərimizdən 1 nəfərlik kanoe qayığında mübarizə aparan Andrey Kraytor və 1 nəfərlik kayak qayığında çıxış edən Rüfət Vəlizadə yarımfinal yürüşlərinə qatılacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti