Gürcüstan, Tbilisi, 10 sentyabr / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstanda A/H1N1 virusunun yayılması təhlükəsinin azaldılması üçün xüsusi komissiya yaradılıb. Gürcüstanın səhiyyə nazirinin sözlərinə əsasən, komissiya ölkədə qripin yayılması təhlükəsinin azaldılması və qarşısının alınması üzrə müəyyən tədbirlərin görülməsi və təkliflərin hazırlanmasısı təmin edəcək.
Gürcüstanda virusun pandemiya təhlükəsi oktyabrda gözlənilir.
Bununla yanaşı komissiya tibb işçiləri üçün xüsusi təlimlərin təşkili, həmçinin dövlət tərəfindən lazımı preparatların alınması üzrə müəyyən təkliflərin hazırlanmasına nəzarət edəcək.
Sərəncama əsasən, Xəstəliklərə və Cəmiyyətin Sağlamlığına Milli Nəzarət Mərkəzinə yeni virusla əlaqədar olaraq ümumi epidemioloji nəzarətin həyata keçirilməsi tapşırılıb.
Səhiyyə Nazirliyi tərəfindən yaranan xüsusi komissiyanın qərarına əsasən, pandemiyaya qarşı dərman ehtiyatları artırılıb.
Hazırda Nazirliyin sərəncamında 105 kq açıq toz şəklində Oseltamivira fosfat "Tamiflyu" aktiv əczaçılıq inqredienti, 14 682 qutu "Tamiflyu" (oseltamivir) və 26470 qutu "Relenza" (Zanamivir) var.
Bundan savayı, nazirlikdə həmçinin fərdi madafiə ehtiyatları mövcuddur. İdarənin məlumatına əsasən, əlavə "Tamiflyu" preparatının, süni tənəffüs aparatları və fərdi müdafiə vasitələrinin alınması prosedurları da həyata keçirilir.
Hazırda nazirliklə 60 xəstəxana tərəfindən fövqəladə vəziyyətə reaksiya üzrə plan razılaşdırılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]