Azərbaycan, Bakı, 4 fevral / Trend , müxbir H.Bağırov/
Azərbaycanda azyaşlı qızı zorlamaqda təqsirli bilinən şəxsə hökm oxunub.
Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Mingəçevir şəhər sakini Rüstəm Məhəmməd oğlu Qasımlı 14 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək (150.3.3) maddəsi ilə ittiham olunub.
Qasımlı 2009-cu ilin iyun ayında Mingəçevir şəhərində 2002-ci il təvəllüdlü Vüsaləni (ad şərti verilib) zorlayıb. O, Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.