...

Azərbaycan milli mətbuatının yaranmasının 135 illiyi ilə bağlı təkliflər paketi hazırlanıb - Əflatun Amaşov

Cəmiyyət Materials 8 Aprel 2010 14:33 (UTC +04:00)
Azərbaycanın Mətbuat Şurası milli mətbuatın yaranmasının 135 illiyi ilə bağlı tədbirləri Prezident Yanında KİV-ə Dövlət Dəstəyi Fondu ilə bigə keçirəcək.
Azərbaycan milli mətbuatının yaranmasının 135 illiyi ilə bağlı təkliflər paketi hazırlanıb - Əflatun Amaşov

Azərbaycan, Bakı, 08 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın Mətbuat Şurası milli mətbuatın yaranmasının 135 illiyi ilə bağlı təkliflər paketi hazırlayıb.

"Bu tarixi hadisənin yüksək səviyyədə qeyd olunması üçün hazırladığımız təkliflər paketini Prezident Administrasiyasına təqdim etmişik", - cümə axşamı TrendMətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Trend-in arayışı: Azərbaycanda ilk milli mətbuatın nəşrinə 1875-ci iliyulun 22-də başlanılıb. 1877-ci il sentyabrın 29-na qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxıb.

Azərbaycanın Mətbuat Şurası milli mətbuatın yaranmasının 135 illiyi ilə bağlı tədbirləri Prezident Yanında KİV-ə Dövlət Dəstəyi Fondu ilə bigə keçirəcək.

Amaşovun sözlərinə görə, Şura ilə Fond Azərbaycanın bir çox bölgəsində milli mətbuatın yaranmasının 135 illiyinə həsr olunan müxtəlif tədbirlər keçirmək niyyətindədir. "135 illiklə bağlı ən böyük tədbir isə şübhəsiz, Bakıda keçiriləcək. Kütləvi informasiya vasitələrinin rəhbərləri də öz təkliflərini şuraya təqdim edə bilərlər", - Şura sədri əlavə edib.

Onun fikrincə, ən böyük tədbir iyulun 22-də Bakıda keçiriləcək. "Biz KİV nümayəndələrinin mükafatlandırılması ilə də bağlı təkliflərimizi hazırlamışıq. Düşünürəm, 135 illiyə həsr olunan bütün tədbirlərimizi yüksək səviyyədə keçirə biləcəyik", - Amaşov vurğulayıb.

Azərbaycanda ilk milli mətbuatın nəşrinə 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən başlanılıb. 1877-ci il sentyabrın 29-na qədər çapını davam etdirən "Əkinçi" qəzeti ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxıb.

Azərbaycanda 4 100-dən çox kütləvi infоrmаsyiа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən, 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən, 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Xəbər lenti

Xəbər lenti