...

Rusiya dövlət universitetlərindən ibarət qrup Bakıda təhsil sərgisi keçirəcək

Cəmiyyət Materials 20 May 2010 17:55 (UTC +04:00)
Rusiya dövlət universitetlərinin ibarət qrup və "Rakus" təşkilatı ilk dəfə olaraq mayın 21-22-də Bakıda təhsil sərgisi keçirəcəklər.
Rusiya dövlət universitetlərindən ibarət qrup Bakıda təhsil sərgisi keçirəcək

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir M.Əliyev/

Rusiya dövlət universitetlərinin ibarət qrup və "Rakus" təşkilatı ilk dəfə olaraq mayın 21-22-də Bakıda təhsil sərgisi keçirəcəklər. Bu barədə "Rakus"un baş direktoru Avbakar Nusalov "Rusiyada təhsil - Azərbaycan üçün peşəkar kadrların hazırlanması" mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, MDB ölkələrindən olan tələbələrin Rusiyada təhsil almaları üçün əlverişli şərait yaradılıb: onların təhsil haqqının 80 faizini RF ödəyir. Hər il Rusiya MDB ölkələri üçün 10 300 təqaüd ayırır.

Təhsil sərgisi RF-nin Azərbaycandakı səfirliyi yanında Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində keçiriləcək. Bu il dövlət xətti ilə RF-nin ali məktəblərinə daxil olmaq üçün imtahan vermək istəyən abituriyentlərin sayı 110 olub ki, bu da ötən illərlə müqayisədə azdır.

Xəbər lenti

Xəbər lenti