Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir M. Əliyev/
Azərbaycan Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirlikləri əməkdaşları Yerin təkindən istifadə zamanı qanunvericiliyin tələblərinin pozulmasına görə, bir neçə fiziki şəxsi cərimə edib. Bu barədə ETSN mətbuat xidmətinin məlumatında deyilir.
Xəzər rayonu Pirallahı qəsəbəsi, Mərdəkan çimərliyi, Abşeron rayonu Fatmayı-Goradil bağları və Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində baş vermiş qanun pozuntularına görə, dörd fiziki şəxs 600 manat məbləğində cərimə edilib.