...

"Bakı" Türkiyə komandalari ilə görüşəcək

Cəmiyyət Materials 22 Mart 2011 19:28 (UTC +04:00)
"Bakı" Premyer Liqada yaranan fasilə ilə əlaqədar bu gün Türkiyənin Antalya şəhərinə bir həftəlik təlim-məşq toplantısına yollanır.
"Bakı" Türkiyə komandalari ilə görüşəcək

Azərbaycan, Bakı, 22 mart /Trend/

"Bakı" Premyer Liqada yaranan fasilə ilə əlaqədar bu gün Türkiyənin Antalya şəhərinə bir həftəlik təlim-məşq toplantısına yollanır. Trend-in saytının xəbərinə görə, komanda üzvləri hazırlıq dövründə "Popilon Ayscha" otelində məskunlaşacaqlar.

Toplanış ərzində iki yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub. Martın 25-də "Bakı" Türkiyə Superliqasında mübarizə aparan "İstanbul BB" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

İkinci yoldaşlıq görüşü də Türkiyə Superliqasında mübarizə aparan komandalardan birinə qarşı keçiriləcək. Martın 27-də nəzərdə tutulan oyunda rəqibin adı yaxın günlərdə dəqiqləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti