...

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri İsveçrəyə səfərə yola düşüb

Cəmiyyət Materials 29 Mart 2011 11:00 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov İsveçrə Konfederasiyasına səfərə yola düşüb. Bu barədə çərşənbə axşamı Trend-ə DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri İsveçrəyə səfərə yola düşüb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov İsveçrə Konfederasiyasına səfərə yola düşüb. Bu barədə çərşənbə axşamı Trend-ə DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Aprelin 1-nə kimi davam edəcək səfərdə məqsəd Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin İsveçrənin Cenevrə şəhərində keçiriləcək iclasında iştirak etməkdir.

Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi, ölkəmiz 2007-ci ildə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib və Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.

Rəhbər Komitənin budəfəki iclasında BSTA Avropa Şəbəkəsinin yaxın gələcəkdə inkişafı və idarəedilməsi diqqət mərkəzində olacaq. Müzakirələr zamanı Şəbəkənin dörd əlaqələndirmə mərkəzinə bölünərək tapşırıq və öhdəliklərin bu mərkəzlərin rəhbərliyinə verilməsi vasitəsilə strukturunun dəyişdirilməsi məsələləri nəzərdən keçiriləcək.

Səfər çərçivəsində BSTA-nın baş katibinin müraciətinə əsasən, Bakıda BSTA-nın Regional Əlaqələndirmə Mərkəzinin yaradılması üzrə məsləhətləşmələrin aparılması, həmçinin 2011-ci ilin iyun ayında Azərbaycanda təşkil edilməsi planlaşdırılan BSTA-nın Texniki Seminarı ilə bağlı görüşlərin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti