Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda 30 min dövlət qulluqçusu var. Trend-in məlumatınıa görə, bunu cümə axşamı jurnalistlərə açıqlamasında Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.
Onun sözlərinə görə, dövlət qulluqçularının reyestrinə 12 min nəfər haqqında məlumat daxil edilib. Reyestrə daxil edilən dövlət qulluqçularının 300 nəfərinin yaşı 65 və ondan yuxarıdır. 65 yaşa çatan dövlət qulluqçularının sayının dəqiqləşdirilməsi istiqamətində iş aparılır. Bu proses hələ yekunlaşmayıb.
Xəlilov deyib ki, 65 yaşa çatan işçilər barəsində iki qərardan biri qəbul ediləcək.
"Onlar ya təqaüdə göndəriləcək, ya da çalışdıqları dövlət orqanının rəhbərinin razılığı ilə onlarla 1 il müddətinə əmək müqaviləsi bağlanacaq. Bu hal 5 dəfə təkrar oluna bilər", - komissiya sədri bildirib.