...

Bakı-Böyük Kəsik istiqamətində dəmiryol təmir olunur

Cəmiyyət Materials 5 İyul 2011 10:15 (UTC +04:00)
Bu gün Ağstafa-Tatlı mənzilinin 96-94 kilometr i ndə daha 2 km dəmir yol əsaslı təmir ediləcək.
Bakı-Böyük Kəsik istiqamətində dəmiryol təmir olunur

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Bu gün Ağstafa-Tatlı mənzilinin 96-94 kilometr i ndə daha 2 km dəmir yol əsaslı təmir ediləcək.

"Azərbaycan Dəmir Yolları" QS C-nin m ətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Trend-ə bildirib ki, bu gün səhər saatlarında başlayan əsaslı təmir axşam saatlarında başa çatacaq.

Əsaslı təmiri "Azərbaycan Dəmir Yolları" QSC, "Dəmiryolservis" MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri aparır. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.

Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini saatda 140 km-ə çatdırmaq mümkün olacaq.

Əsaslı təmir prosesinə iyunun 10-da "Azərbaycan Dəmir Yolları" QSC - nin Ağstafa-Tatlı sahəsinin 97-ci kilometrində start verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi" çərçivəsində Çexiyanın "İxrac" Bankı ilə 215 milyon avro məbləğində k redit s azişi imzalanıb. Bu vəsaitə Bakı-Böyük Kəsik istiqamətində 317 km yol əsaslı təmir olunacaq.

Bu məqsədlə qurğuların, çevirici tirlərin, maşın və mexanizmlərin, avadanlıqların və onların ehtiyat hissələrinin alınması üzrə "Azərbaycan Dəmir Yolları" QSC və Çexiyanın Moraviya STEEL şirkəti şirkəti arasında çərçivə müqaviləsi imzalanıb. Çexiyanın "Trşinets celezarnı" zavodundan 41210 ton 65 tipli relsin alınması razılaşdırılıb. Artıq 100 km-dən artıq rels və ehtiyat hissələrinin bir qismi ölkəyə gətirilib.

Əsaslı təmir üçün tələb olunan 583280 ədəd dəmir-beton şpal razılaşmaya əsasən Ələt şpal zavodunda ("Azərinşaatservis") istehsal olunacaq. Ələt şpal zavodunda artıq üçnövbəli iş sistemi tətbiq olunub. Bunun da əsas məqsədi şpala olan tələbatı ödəməkdir.

İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı sah ə sində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti