...

Rumıniya Azərbaycanla mədəni əlaqələrin möhkəmlənməsində maraqlıdır

Cəmiyyət Materials 29 İyul 2011 10:41 (UTC +04:00)
Rumıniya Azərbaycanla mədəni əlaqələrinin möhkəmlənməsində, birgə tədbirlərin keçirilməsində maraqlıdır
Rumıniya Azərbaycanla mədəni əlaqələrin möhkəmlənməsində maraqlıdır

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir T.Hacıyev/

Rumıniya Azərbaycanla mədəni əlaqələrinin möhkəmlənməsində, birgə tədbirlərin keçirilməsində maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Bakıda səfərdə olan Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen jurnalistlərə deyib.

Kelemen cümə günü Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını ziyarət edib.

Kelemen səfər çərçivəsində mədəni əlaqələrlə bağlı bir sıra mühüm razılaşmalar əldə olunacağını, sazişlər imzalanacağını deyib.

Nazirin səfər çərçivəsində İncəsənət Muzeyinə baxış keçirməsi, İçərişəhər Dövlət Qoruğu ilə tanış olması, Qəbələ Beynəlxalq Musiqi Festivalında qonaq qismində iştirakı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti