...

Bakı sürücülərinə sərnişinlərə qulaq asmamaq barədə xəbərdarlıq edilib

Cəmiyyət Materials 16 Avqust 2011 18:54 (UTC +04:00)
Yol polisi yerüstü ictimai nəqliyyat vasitələrinin sürücülərinə avtobusları dayanacaqdan kənarda saxlamamaq barədə xəbərdarlq edib. Trend-in məlumatına görə, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bakı sürücülərinə sərnişinlərə qulaq asmamaq barədə xəbərdarlıq edilib

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir Z.Əhmədova/

Yol polisi yerüstü ictimai nəqliyyat vasitələrinin sürücülərinə avtobusları dayanacaqdan kənarda saxlamamaq barədə xəbərdarlq edib. Trend-in məlumatına görə, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

"Avtobusları qeyri-qanuni yerdə saxlamaq sürücülər üçün adi işə çevrilib. Sürücü avtobusu birbaşa keçid yerində saxlayaraq qəza vəziyyəti yaradır və ya bütün maşın axınını saxlayır", - İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini, polkovnik-leytenan Vaqif Əsədov deyib.

O qeyd edib ki, bazar ertəsi keçirilən reydlər nəticəsində avtobusu dayanacaqdan kənarda saxlayan yeddi sürücü inzibati məsuliyyətə cəlb edilib.

"Sürücülərin sözlərinə görə, belə dayanmaların əsas səbəbi dayanacaqlarda düşmək istəməyən sərnişinlərdir. Lakin sürücülər sərnişinlərə qulaq asmamalı və qanunu pozmamalıdırlar", - Əsədov bildirib.

Onun sözlərinə görə, dayanacaq qaydalarının pozulması 3 balla və 40 manat məbləğində cərimə ilə cəzalandırılır.

Avqustun 1-dək qeyri-qanuni yerdə dayanma, sərnişindaşıma qaydalarının pozulması, qırmızı işıqda keçmə, keçidlərin düzgün keçilməməsi və s. görə 300-dən çox sürücü inzibati məsuliyyətə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti