...

Azərbaycan prokurorluq orqanlarına işə qəbulla əlaqədar müsabiqənin nəticələri açıqlanıb

Cəmiyyət Materials 26 Avqust 2011 19:18 (UTC +04:00)
Azərbaycan prokurorluq orqanlarına işə qəbulla əlaqədar 100 ştat vahidi üzrə elan olunmuş müsabiqəyə yekun vurulub.
Azərbaycan prokurorluq orqanlarına işə qəbulla əlaqədar müsabiqənin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Azərbaycan prokurorluq orqanlarına işə qəbulla əlaqədar 100 ştat vahidi üzrə elan olunmuş müsabiqəyə yekun vurulub. Müsabiqə elan edildikdən sonra Azərbaycan Respublikası Prokurorluğunda əlavə ştat vahidlərinin təsis edilməsi, habelə digər obyektiv səbəblərə görə vakant vəzifələrin sayının artması nəzərə alınmaqla, müsabiqəyə çıxarılmış ştat vahidlərinin sayı qismən artırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqənin test və yazılı imtahan mərhələlərinin davamı olaraq avqustun 18-dən 26-dək Baş Prokurorluğun Müsabiqə komissiyası tərəfindən 136 namizədin hazırlıq səviyyəsi, dünyagörüşü, məntiqi düşünmə qabiliyyəti və prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə keçirilən müsahibə nəticəsində 108 gənc hüquqşünas keçid balını toplayıb. Onlardan 69-u müsabiqədə ilk dəfə, 39-u isə təkrar iştirak ediblər.

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) və "Qəbul otağı"nda yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti