Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir T.Cəfərov/
İranın İmam Xomeyni adına İmdad Komitəsinin Bakıdakı nümayəndəliyi Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin vasitəsilə Qurban bayramı münasibətilə Azərbaycanın 5 bölgəsində yaşayan və Qarabağ münaqişəsinin nəticəsində qaçqın düşmüş ailələrə 4 ton qurban əti paylayıb. Bu barədə Trend-ə çərşənbə axşamı İranın Azərbaycandakı səfirliyindən məlumat veririlib.
Məlumatda bildirilir ki, İmam Xomeyni adına İmdad Komitəsinin Bakıdakı nümayəndəliyi hər il müxtəlif vaxtlarda Qarabağ münaqişəsi nəticəsində qaçqın düşmüş ailələrə yardım kampaniyaları təşkil edir.