...

Serj Sarkisyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş səbəbindən iclası yarımçıq tərk edib

Cəmiyyət Materials 29 Noyabr 2011 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir M.Əliyev/

Ermənistan Prezidenti Serj Sarkisyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşməsi səbəbindən iclası yarımçıq tərk edib. Trend-in məlumatına görə,, bunu çərşənbə axşamı jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Sabir Həsənli deyib.

Həsənli qeyd edib ki, bəzi KİV-lər Sarkisyanın nümayişanə şəkildə zalı tərk etdiyini bildirir, lakin Ermənistan Prezidenti nitqini səsləndirəndən sonra üzr istəyərək çıxıb və deyib ki, biz bir daha görüşəcəyik.

Şeyxülislam Allahşükür Paşazadə Ermənistana MDB Dinlərarası Şurası Rəyasət Heyətinin iclasında iştirak etmək üçün yollanıb. Paşazadənin çıxışı zamanı Sarkisyan iclası tərk edib.

Xəbər lenti

Xəbər lenti